“Google” pilotsuz təyyarələrlə çatdırılma xidmətini istifadəyə verdi

“Google” şirkəti Avstraliyanın paytaxtı Kanberra şəhərində pilotsuz uçan aparatların köməyilə dünyada ilk kommersiya yönümlü çatdırma xidmətini istifadəyə verib. Avtosfer.az “ICTnews”a istinadən xəbər verir ki, sürücüsüz idarə olunan təyyarələr yemək, içki, dərman və başqa malları birbaşa evə çatdıracaqlar.
İlkin mərhələdə “Project Wing” xidməti yalnız 100 ev üçün xidmət göstərəcək, ancaq yaxın aylarda çatdırılma zonasını genişləndirmək planlaşdırılır. Sürücüsüz təyyarələrin köməyilə öz müştəriləri üçün məhsulların çatdırılması haqqında razılaşmanı artıq 12 yerli müəssisə imzalayıb.
Kanberrada pilotsuz təyyarələrdən istifadə ilə bağlı razılıq Avstraliyanın Mülki Aviasiya İdarəsi (CASA) tərəfindən verilib. 18 ay müddətində keçirilmiş sınaqlar zamanı heç bir qəza hadisəsi baş verməyib. CASA-nın nümayəndəsi bildirib ki, pilotsuz təyyarə xidməti insanlar, hava gəmiləri və yaşayış binalarına təhlükə yaratmır. Amma çatdırılma xidməti günün müəyyən vaxtında işləyəcək. Məlumata görə, sınaqlar zamanı bəzi sakinlər dronlar tərəfindən yaradılan səs-küydən şikayət ediblər, buna görə “Project Wing” üçün daha səssiz pilotsuz təyyarə hazırlanıb.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











