Gürcüstan İsveç maşınlarının istehsalına başlayır

Texnologiya 30 Dekabr 2018 09:46 Oxunub 1560
Gürcüstan İsveç maşınlarının istehsalına başlayır
WhatsApp kanalımıza abunə ola bilərsiniz
Sürücünün qarşısında bir proyeksiya ekranı, bir tablet və bir cüt joystick var

İsveç  tələbə startup layihəsi olan "Uniti" ilk elektrikomobil istehsal etməyi planlaşdırır. Bu ideyanın digərlərinə bənzərliyinə baxmayaraq, layihə investorlar ordusu toplaya bildi və 2017-ci ilin dekabrında startup-çılar  birinci *Uniti One* adlı elektrikomobilin ilk nümunəsini nümayiş etdirdilər. Bu, bir-birinə yaxın oturan iki sərnişin üçün nəzərdə tutulmuş kiçik bir *monokab*-dır. Sürücünün qarşısında bir proyeksiya ekranı, bir tablet və bir cüt joystick var. Bununla jostiklər, sürücüyə tək sükan mexanizmini yox,  əyləclərə də nəzarət etmək imkanı verir. Bütün funksiyaların nəzarəti sensor ekrana verilir. Elektromobilin texniki hissəsi haqqında az məlumat var. Servis 22 kW ∙ h həcmli bir  batareya ilə təchiz edilib və 300 km məsafə üçün kifayət etməlidir. (Teorik olaraq, sürətli şarj terminalından yarım saat ərzində şarj edilə bilər). Maksimal sürət 130 km / saatdır və sürətlənmə müddəti 80 km / s-ə qədər 3,5 saniyədir.

Startupın  istehsal tərəfdaşları Siemens, Kuka, Fanuc və BorgWarner şirkətləridir. Elektromobil dövlət subsidiyaları istisna olmaqla, 14,900 avroya başa gələcək. Elektromobilin istehsalı  İsveçin Landskruna şəhərində planlaşdırılsa  da  Gürcüstanda istehsal olunacağı məlum oldu. Gürcüstanın Tərəfdaşlıq Fondunun saytına əsasən, Uniti Sweden AB, Road Group və yuxarıda adı çəkilən fond arasında müvafiq memorandum imzalanmışdır. 
Qeyd edəkki Uniti Sweden AB, yenilikçi, yüksək texnologiya istehsalında işləyir və aparıcı şirkətlərdən biridir (...). Bir tərəfdaş fondu üçün ekoloji mühitin yaxşılaşdırılması, yüksək texnologiyalı istehsalın təşviq edilməsi, dünya səviyyəli müasir nou-hau öyrənmə və tətbiqi, iş yerlərinin yaradılması prioritetdir.

FOTO QALEREYA
ŞƏRH YAZ
Ad

E-mail

Şərh