Hava taksisi sınaqdan keçdi

Dubayda elektrik mühərrikli şaquli qalxma və eniş (eVTOL) hava taksisi sınaq uçuşunu uğurla başa vurub.
Avtosfer.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, pilotla yanaşı, dörd sərnişin daşıya bilən bu nəqliyyat vasitəsinin sürəti saatda 320 km-ə çatır.
Batareya ona 160 km-ə qədər məsafəni qət etməyə imkan verir.
Ekoloji cəhətdən təmiz və səssiz hava taksisinin 2026-cı ildən müntəzəm sərnişin daşımalarına başlaması planlaşdırılır. Hazırda ilk hava taksi stansiyasının tikintisi 60% tamamlanıb. Stansiya illik 170 min sərnişin və 42 min enişə xidmət göstərəcək.
Şəhərin müxtəlif hissələrində əlavə üç eniş meydançası tikilir. İlkin mərhələdə Dubay daxilində dörd əsas marşrut nəzərdə tutulur, gələcəkdə isə digər əmirliklər və regional şəhərlərlə birləşdirilməsi planlaşdırılır.
Azərbaycan beynəlxalq poçt və elektron ticarət logistikasında hansı imkanlara malikdir? - EKSPERT
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO












