Həm havada, həm də suda gedən dron - Naviator

Dronlar tərəfindən çəkilən videoların dinamik görünüşü insanların marağını çəkir. Təbiətə fərqli bir gözlə baxmamızı təmin edən bu cihazlar bir müddət əvvəlinə qədər yalnız hava mühitində istifadə edilə bilirdi. ABŞ-da hazırlanmış Naviator adlı dron, təbiətdəki sərhədləri qaldıraraq həm havada, həm də suda istifadə edilir.
Avtosfer.az deyerler.org-a istinadən bildirir ki, texnologiyanın son möcüzələrindən biri olan dronlar, son dövrdə bazar payını böyük nisbətdə artırıb. Bu səbəblə də, bu sahədə aparılan araşdırma və istehsal fəaliyyətləri də eyni sürətlə artır. Hələ inkişafı davam edən dronlar artıq yalnız havada deyil, suda da istifadə edilə bilir.
Video çəkilişləri xaricində yanğın söndürmə fəaliyyətləri, inşaat sahəsində məhsul daşınması kimi bir çox işi görən dronların bazar payının, Goldman Sachs Research göstəricilərinə görə 2016 ilə 2020-ci illər arasında 100 milyard dolları aşması gözlənilir. Dron sənayesində iş sahələrini genişlədəcək və bazar payına böyük qatqı təmin edəcək suda və havada gedə bilən dron, ABŞ-da Rutgers Universitetində bir texnologiya qrupu tərəfindən hazırlanıb.
Universitet tələbələrindən ibarət olan qrup tərəfindən hazırlanmış drona Naviator adı verilib. Həm sualtında, həm də havada istifadə edilə bilən dronun sudan havaya və havadan suya keçişləri olduqca stabil işləyir. Daha əvvəl hazırlanmış sualtı dronlarından fərqi də bu sərhəd keçişləri performansının təsiredici səviyyədə yaxşı olmasıdır.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











