Hərbi texnikaları düşüncə gücü ilə idarə etmək mümkün olacaq

ABŞ Müdafiə Nazirliyinin Qabaqcıl Müdafiə Elmi-Tədqiqat İşləmələri Agentliyinin (Defence Advanced Research Project Agency - DARPA) nümayəndələri təşkilatın yaradılmasının 60 illiyinə həsr edilən simpoziumda hazırda mühəndislərin hazırladığı ən maraqlı texnologiyalar barədə məlumat veriblər. Avtosfer.az ICTnews-a istinadən xəbər verir ki, "DARPA" təmsilçiləri "N3" texnologiyası - hərbi texnikanı fikrin gücü ilə idarə etməyə imkan verən növbəti nəsil qeyri-cərrahi neyrosistem barədə danışıblar. Məlumata görə, "N3" proqramı beyinin cərrahi müdaxilə və ya müxtəlif mürəkkəb prosedurlar tələb etməyən kompüter interfeysinin yaradılmasını nəzərdə tutur. Mühəndislərin əsas məqsədi texnikanın idarə edilməsi üçün beyin siqnallarından istifadədən ibarətdir. Bu, həmçinin əlillərə döyüş əməliyyatları yerlərində olmağa imkan verəcək. Layihə fantastik görünməsinə baxmayaraq, onun yaxın gələcəkdə həyata keçiriləcəyi gözlənilir. Bundan başqa, artıq oxşar sistemlərin prototipləri mövcuddur, lakin mükəmməl texnologiyanın yaradılmasını hələ çox gözləmək lazım gələcək.
Azərbaycan beynəlxalq poçt və elektron ticarət logistikasında hansı imkanlara malikdir? - EKSPERT
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO












