Hökumət elektrik avtomobili alanlar üçün subsidiyaları artırıb

Koronavirus pandemiyası ilə əlaqədar Avstriyada ən çox zərər görən sahələrdən biri də avtomobil satışı sektorudur. Hökumət avtomobil satışını dəstəkləmək üçün stimullaşdırıcı tədbirlər görməyə hazırlaşır. Ekologiya naziri Leonore Qevessler bildirib ki, böhrandan çıxmağa çalışan hökumət ilk növbədə innovativ və “yaşıl” texnologiyalara üstünlük verməyə çalışır. Ona görə də, idxal edilən hər bir elektrik mühərrikli avtomobil üçün dövlət subsidiyalarının həcmi 3 min avrodan 5 min avroya artırılıb. Nazirin sözlərinə görə, bununla da hökumət koalisiya proqramında nəzərdə tutulan hədəflərdən biri olan elektromobilliyin dəstəklənməsinə öz töhfəsini verir.
Nazir, həmçinin bildirib ki, subsidiyalar təkcə avtomobillərə deyil, eyni zamanda, elektrik mühərrikli motosikl və mopedlərə də şamil olunacaq. Eyni zamanda, fərdi elektrikdoldurma stansiyaları üçün indiyədək dövlətin ayırdığı 200 avro məbləğində subsidiya yaxın gələcəkdə 600 avroya yüksəldiləcək. Bildirilib ki, hökumət 2019-2020-ci illər üzrə elektromobilliyin dəstəklənməsi proqramına ümumilikdə 93 milyon avro vəsait sərf edəcək.
Avstriya Avtomobil İdxalçıları Birliyinin rəhbəri Qünter Kerle hökumətin bu addımını alqışlayaraq gələcəyə və “təmiz” mobilliyə yatırılan sərmayəni müsbət siqnal kimi dəyərləndirib. Bununla belə, o, COVID-19 böhranının rəhbəri olduğu iqtisadi sektorda ağır izlər buraxdığını və hökuməti avtomobil satışı sektoruna diqqəti artırmağa çağırıb. (Azərtac)
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











