İki yeni raketli sualtı atom qayığını suya buraxılıb

ABŞ-da "Virginia" tipli, "Vermont" və "Delaware" torpedo silahları ilə təchiz edilmiş iki yeni atom sualtı qayığı suya endirilib. Avtosfer.az-ın "Report"a istinadən məlumatına görə, bu barədə ölkənin Hərbi Dəniz Qüvvələrinin mətbuat xidməti xəbər verib. Xəbərdə bildirilir ki, hər bir sualtı qayığın inşası 2,7 milyard dollara başa gəlib. "Vermont"un Hərbi Dəniz Qüvvələrinə verilməsi mərasimi Konnektikut ştatında, Qroton şəhərində, hərbi-dəniz bazasında keçirilib. "Delaware" Virciniyadakı Nyuport-Nyus bazasında suya buraxılıb. Sualtı qayıqlardan tikintisinə 2013-cü ildə başlanıb. Onlar ölkənin Hərbi Dəniz Qüvvələri üçün bu tipdən yaradılan sayca 18 və 19-cu sualtı qayıqlardır. Qayıqların Hərbi Dəniz Qüvvələrinin tabeliyinə verilməsi 2019-cu ilin əvvəllərində reallaşacaq.
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO
Bakıdan başladı, bütün ölkədə olacaq - Artıq gizlənmək ...
“Ağıllı ev”lərin riskləri: Rahatlıqla yanaşı, təhlükələr də var - İT MÜTƏXƏSSİSİ
“Starlink” şəbəkəsi ucqar kənd yerlərinə internetin təminatı üçün daha əlverişlidir - MÜTƏXƏSSİS
Süni intellektdən alınan tibbi məsləhətlər nə dərəcədə etibarlıdır?- Ekspert AÇIQLADI
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA










