İlk Facebook qurğusu buraxılıb

"Facebook" şirkəti "Messenger" əlavəsi vasitəsilə videodanışıqlar üçün nəzərdə tutulan və fərdi məlumatların mühafizəsi üçün bir sıra funksiyalara malik "Portal" və "Portal+" "ağıllı" dinamiklərini təqdim edib.
Avtosfer.az ICTnews-a istinadən bildirir ki, "Portal" dinamikinin ekran diaqonalı 10 düym (25,4 sm), "Portal+" dinamikinin isə 15,6 düym (39,6 sm) təşkil edir. Şirkət əsas diqqəti qurğuların proqram təminatının söhbət zamanı otaqda neçə nəfərin olmasını müəyyənləşdirərək kameranı onlara yönəltməsi imkanına yetirib. Bundan əlavə, yeni qurğuların mikrofonları hətta hərəkətdə olan istifadəçinin səsini yüksəldir. Qrup şəklində zənglərdə eyni anda 7-dək qurğudan istifadə mümkündür.
Məlumata görə, "Alexa" əlavəsini dəstəkləyən "ağıllı" dinamikləri səslə idarə etmək onlar. Şirkət nümayəndələri bildirir ki, "Portal" və "Portal+" vasitəsilə hava proqnozu haqqında məlumat əldə etmək, məhsullar sifariş vermək, avtomatlaşdırılmış məişət sistemlərini idarə etmək mümkündür. Bundan başqa, danışıq zamanı əlavə reallıq effektlərindən istifadə etmək olar.
Bildirilir ki, "Facebook" qurğu istifadəçilərinin fərdi məlumatlarının mühafizəsinə xüsusi diqqət yetirib. Belə ki, kameranın bağlanılması üçün çexol mövcuddur, onu və mikrofonu bir toxunuşla söndürmək olar. Qeyd olunur ki, şirkət "Portal" və "Portal+" vasitəsilə aparılan danışıqlara aid məlumatları toplamır, kamera və mikrofonun işləməsi zamanı bütün proqram prosesləri "Facebook" serverlərində deyil, qurğularda aparılır.
Hazırda ABŞ-ın internet mağazalarında qurğular üçün ilkin sifarişlərin qəbuluna başlanılıb. Onların alıcılara çatdırılması noyabra nəzərdə tutulur.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











