İlk sərnişin kosmosa çıxarılıb

"Virgin Galactic" raket təyyarəsi sınaqçı sərnişinlə ilk dəfə yerətrafı orbitə çıxıb. Avtosfer.az ICTnews-a istinadən bildirir ki, iki füzelyaja malik "White Knight Two" raketdaşıyıcısı ötən həftənin cümə günü Kaliforniyadan start götürərək təxminən 13 km hündürlükdə "SpaceShipTwo" sərnişin gəmisini havaya buraxıb. Bundan sonra kosmik gəmi Yer üzərindən 89,9 km hündürlükdə katapult edib. İlk sınaqçı sərnişin qismində astronavt təlimatçısı Bet Mozes çıxış edib. Hazırda kosmik biznesdə "Blue Origin" və "SpaceX" kimi şirkətlərlə rəqabət aparan "Virgin Galactic" korporasiyasının təsisçisi Riçard Brenson bildirib ki, 2019-cu ilin ortalarında ilk "SpaceShipTwo" kommersiya reysinin ilk sərnişini olmağı planlaşdırır.
Bildirilir ki, fərdi şəxslərin daşınması üçün göyərtəsində ekipaj olan kosmik gəmi ilk dəfə elə həddə çatıb ki, ABŞ Kosmik Agentliyi (NASA) onu kosmosun sərhədi kimi müəyyənləşdirib. Məşhur aktyorlar daxil olmaqla 58 ölkədən 600-dən çox insan "Virgin Galactic" suborbital reysləri üçün planlaşdırılan uçuşlar üçün ödənişlər ediblər. Bir sıra bilet sahibləri reysin uçuşunu 14 ildən çoxdur gözləyir. Uçuş 90 dəqiqə davam edəcək və sərnişinlərə bir neçə dəqiqə ərzində çəkisizlik vəziyyətində qalmağa və Yer kürəsini kosmosdan görməyə imkan verəcək. Biletin ilkin qiyməti 250 min dollar təşkil edir. Ekspertlərin fikrincə, gələcəkdə qiymət arta, daha sonra azala bilər.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











