İlon Mask Marsa səyahət gəmisini göstərdi – FOTO + VİDEO

“SpaceX” şirkəti “Starship” kosmik gəmisinin ilk sınaq uçuşunu həyata keçirməyə hazırlaşır. Şirkətin rəhbəri İlon Mask öz “Twitter” səhifəsində kosmik gəminin həqiqi fotosunu və onunla əlaqədar maraqlı videoçarx paylaşıb. Avtosfer.az oxu.az-a istinadən xəbər verir ki, buna qədər BFR adlandırılan “Starship” kosmik gəmisi şirkətin konseptinə görə gələcəkdə Ay və Marsa səyahət etməyə imkan verəcək. Kosmik gəmi dünyanın istənilən nöqtəsinə eniş edə biləcək. Buna qədər sosial şəbəkələrdə gəminin aşağıda göstərilən konsept təsviri yayılmışdı.
Bu şəkil isə “Starship”in həqiqi təsviridir.
İlon Maskın sözlərinə görə, kosmik gəminin orbital versiyası daha hündür, dərisi (korpusu) isə daha qalın və qırışsız olacaq. “Ulduz gəmisinin” hazırlanmasına daha çox vaxt sərf olunacaq.
Yeri gəlmişkən, bu gəmi ilə ilk olaraq yapon milyarder Yusaku Maedzava Aya uçacaq. O, “SpaceX” şirkətindən turizm vizası almış ilk müştəridir. Onunla birlikdə daha səkkiz nəfər göyərtədə yer alacaq. Həmin şəxslər incəsənət musiqi, kino və moda sahələrinin nümayəndələridir.
Azərbaycan beynəlxalq poçt və elektron ticarət logistikasında hansı imkanlara malikdir? - EKSPERT
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO












