İlon Mask "SpaceX" proqramı üzrə radikal qərarlar qəbul edib

Planetin ən varlı adamlarından biri olan İlon Maskın rəhbərlik etdiyi "SpaceX" uzunmüddətli kosmik proqramı ətrafında yaşanan problemlər milyarderi radikal addımlar atmağa vadar edib. Avtosfer.az Azərtac-a istinadən bildirir ki, "SpaceX"in Vaşinqton ştatındakı Redmond məntəqəsinə gələn Mask şirkətin ən yüksək vəzifəli 7 əməkdaşını işdən azad edib, onların yerinə isə Kaliforniyadan yeni mütəxəssislər və konstruktorlar gətirib. Yanvarın əvvəlində "Starlink" seriyasından olan peyklərdən birinin uğursuz uçuşu və kosmik proqramın rəqabət qabiliyyətinin azalması təhlükəsi ilə qarşılaşan Mask yeni qərar qəbul edib: "OneWeb" və Kanadanın "Telesat" şirkətlərini qabaqlamaq üçün "SpaceX" peyklərinin 2020-ci ildə kosmosa göndəriləcək ilk partiyası 2019-cu ilin birinci yarısından gec olmayaraq buraxılmalıdır!
Ekspertlər bildirirlər ki, İlon Maskın Aya səyahət və Mars planetində koloniyalar yaratmaq planları ilə yanaşı, əsas məqsəd dünyanın əlçatmaz yerlərini daha sürətli internetlə təmin etmək üçün şirkətlər arasında davam edən rəqabətin qalibi olmaqdır. "SpaceX" proqramında mühəndis işləyən Eva Behrend bildirib ki, Maskın qarşıya qoyduğu vəzifə yeni nəsil peyk şəbəkəsinin yaradılmasıdır. "Microsoft" şirkətindən də mütəxəssisləri cəlb edən amerikan milyarderini az xərclə yüksək məqsədlərə çatmaqda da ittiham edirlər. Proqram çərçivəsində 20 il ərzində 4 mindən çox kiçik peyklərin buraxılması, daha yüksək keyfiyyətli internetin, o cümlədən yaxın zamanda "4k YouTube" xidmətinin istifadəyə verilməsi nəzərdə tutulur. Ümumilikdə, peyklər vasitəsilə internet və televiziya xidmətləri üçün qlobal bazara qoyulacaq sərmayələrin həcmi 127,7 milyard dollar məbləğində qiymətləndirilir. "Softbank", "Coca-Cola" kimi nəhəng şirkətlərin də bu biznesə maraq göstərdikləri bildirilir. İlon Maskın "Falcon" raketi ilə Marsa göndərməyi planlaşdırdığı birgünlük missiya üçün ayrılacaq vəsaitin də (5 milyard dollar) yetərli olmadığı müəyyən olunub.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











