İsraildə Aya göndəriləcək missiya üzrə işlər tamamlanıb

İsrail mühəndisləri 2019-cu ildə Aya göndəriləcək kosmik gəminin son detallarını tamamlayıblar. Son detalı – rəqəmsal saat kapsulunu da yerləşdirən mütəxəssislər bildiriblər ki, missiyanın kosmik fəzaya göndərilməsi gələn ilin əvvəlində həyata keçiriləcək.
Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, kosmik missiyanın təqdimatı dekabrın 17-də Yehuda şəhərində “SpaceIL” qeyri-kommersiya qrupu və İsrail Kosmos Sənayesi Agentliyi (IAI) tərəfindən keçirilib. Qrupun üzvləri bildiriblər ki, 2013-cü ildən sonra Aya göndəriləcək ilk missiya zamanı İsrail Yerin süni peykinin səthinə kosmik gəmi endirəcək dördüncü ölkə olacaq. Ayın səthinə 1966-cı ildə ABŞ və SSRİ, 2013-cü ildə isə Çin kosmik missiyası enə bilib. “Bereşet” (ibranicə “yaranış” deməkdir) adlanan və 586 kq ağırlıqda kosmik aparat dəyirmi masa şəklindədir və 1,5 metr hündürlüyü olan dörd ayağı karbohidrat materialdan hazırlanıb. 2011-ci ildən hazırlanan bu gəmi 95 milyon dollara başa gəlib. “Bereşet” ABŞ-ın Florida ştatında “SpaceX” şirkətinə məxsus “Falkon9” raketi vasitəsilə kosmik fəzaya buraxılacaq və Yerdən 60 min km hündürlükdə ondan ayrılaraq Ayın orbitinə daxil olacaq.

İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











