İsveçrədə pilotsuz “uçan qazan” hazırlanıb

Lozanna Federal Texniki Universitetinin mütəxəssisləri adi hava aparatlarından iki dəfə sürətli ikimotorlu pilotsuz uçan aparat hazırlayıblar. Ekspertlərin qənaətinə görə, bu yeni ixtiradan sənaye infrastrukturunun əlçatmaz hissələrində, xüsusən tunellərdə tədqiqatlar zamanı istifadə etmək olar. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, “uçan qazan”ın yeganə nöqsanı onun uçuş vaxtının az olmasıdır ki, bu da aparatın ağır çəkisi və nisbətən səmərəsiz vintləri ilə izah olunur. Bu səbəbdən uzunmüddətli uçuşlar zamanı aparatın akkumulyatorlarını mütəmadi olaraq dəyişmək lazım gəlir. Bildirilir ki, layihə üzərində uzun müddət çalışan mühəndislər də bu problemi həll edə bilməyiblər.
Yeni pilotsuz aparatı təqdim edən Flybotix startapının əməkdaşları əsas diqqəti helikopterin analoji sistemi əsasında hazırlanan güc qurğularına yönəldiblər. Onlar silindr şəklində paralel olaraq yerləşdirilib. Stabilləşmə üzrə novator sistemi sayəsində aparat helikopterin aerodinamik keyfiyyətlərini götürüb. Məsələn, tuneldə və yaxud mağarada uçan bu aparat kamera görüntüləri çəkmək üçün bir müddət havadan asılı vəziyyətdə qala bilir. Məsafədən idarə olunan pilotsuz “uçan qazan”ın uçuş müddəti onun həcmindən və çəkisindən asılıdır. Hazırda mütəxəssislər onun batareyasının daha uzunömürlü olması üzərində işi davam etdirirlər.
Aparatın daha bir üstünlüyü elastik penomaterialla örtülməsi və maneələrə dəyərkən korpusun əzilməməsidir. Qayalara, yaxud divarlara çırpılan “uçan qazan” asanlıqla kənara atılır və uçuşu davam etdirir.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











