İtmiş insanları tapan helikopter dron hazırlanıb - FOTO

İsveçrənin “Rega” aviasiya-xilasetmə təşkilatının mühəndisləri itmiş insanları tapan helikopter dron hazırlayıblar.
Avtosfer.az xəbər verir ki, bu barədə “NewAtlas” yazır.
Dron geniş ərazini müşahidə edərək itmiş insanları meşə və dağda aşkar edir.
Helikopter sadə, infraqırmızı kamera, həmçinin termal görüntüləyici və telefon izləyici alətlə təchiz olunub.
Cihaz uzaqdan idarə edilmədən, tam avtonom rejimdə uça bilir.
Qeyd edək ki, süni intellekt sayəsində real vəziyyəti analiz edib bütün maraqlı məlumatları xilasedicilərə göndərir.
Aparat 2 metrlik 3 pərvanədən ibarətdir və 80-100 metr hündürlüyə qədər çıxa bilir.
O sputnik naviqasiya metodundan istifadə edir.
Bu sistem sayəsində dron, elektrik xətlərinə və digər uçuş aparatlarına toxunmur.
Təşkilat artıq il yarımdır ki, pilotsuz uçuş aparatını sınaqdan keçirir.
2020-ci ildə isə ona ilk xilasetmə missiyasını həvalə edəcəklər.
Namiq



İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











