İnternetin sürətində rekord əldə edilib

Böyük Britaniyanın London Universitetinin internet texnologiyası üzrə mütəxəssisləri internetin sürətində yeni dünya rekordu əldə ediblər.
Alimlər internet trafikində 178 terabayt (178 trilyon bayt) /saniyəlik sürətə nail olublar ki, bu da ümumi istifadə olunan internet şəbəkəsinin ən yüksək sürəti 10 Gbt/s-dan 17 800 dəfə artıqdır.
Yeni əldə edilən sürət həddilə “Netflix” servisinin bütün kitabxanasını bir saniyədən də tez yükləmək mümkündür. Əvvəlki rekord isə yaponiyalı mütəxəssislər tərəfindən 2018-ci ildə əldə edilən 150 tbt/saniyədir.
Yeni sürətin geniş tətbiqi üçün bütün mövcud infrastrukturu dəyişdirmək lazım gəldiyi üçün bu, hələlik sırf elmi nəzəri əhəmiyyətə malik nailiyyət olaraq qalır. Hərçənd London Universitetinin həmin mütəxəssislər qrupu bu istiqamətdə müəyyən layihələr üzərində də çalışır. (“Report” )
Azərbaycan beynəlxalq poçt və elektron ticarət logistikasında hansı imkanlara malikdir? - EKSPERT
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO












