Kibercinayətkarlar minlərlə cihazı ələ keçirərək yeni hücum sistemi yaradıb

Kibertəhlükəsizlik üzrə mütəxəssislər xəbərdarlıq ediblər ki, cinayətkarlar dünyada 14 mindən çox internetə qoşulan cihazı gizli şəkildə ələ keçirərək müdafiəsi demək olar ki, mümkün olmayan yeni kiberhücum aləti yaradıblar. Avtosfer.az AZƏRTAC-a istinadla xəbər verir ki, “KadNap” adlandırılan yeni zərərli proqram əsasən “Asus” şirkətinə məxsus routerlərə yoluxur. Bu cihazlar daha sonra zərərli internet trafiki yönləndirmək və genişmiqyaslı kiberhücumlar həyata keçirmək üçün istifadə olunur. “KadNap” botneti ilə bağlı məlumatlar “Lumen Technologies” şirkətinin hazırladığı yeni hesabatda açıqlanıb. Bildirilir ki, sistem şəbəkələr tərəfindən aşkarlanmanın qarşısını almaq üçün mərkəzləşdirilməmiş “peer-to-peer” texnologiyasından istifadə edir.
Tədqiqatçılar bildiriblər ki, “KadNap” zərərli proqramının qurbanlarının əksəriyyəti ABŞ-də yerləşir. Bununla yanaşı, Böyük Britaniya, Avstraliya, Braziliya, Rusiya və Avropanın müxtəlif ölkələrində də yoluxmuş cihazlar aşkar edilib.
“Botnet” adətən internetə qoşulan müxtəlif cihazların təhlükəsizlik zəifliklərindən istifadə edilərək yaradılır. Bu cihazlara routerlər, smart texnika və digər ağıllı qurğular daxil ola bilər. Kibercinayətkarlar həmin cihazları gizli şəkildə ələ keçirərək onları bir şəbəkə halında birləşdirir və daha sonra “DDoS” adlanan hücumlar həyata keçirirlər. Bu cür hücumlar zamanı veb-saytlar və onlayn xidmətlər çox böyük trafik axını ilə yüklənərək fəaliyyətini dayandırır.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO










