Kiçik dronlar irihəcmli yükləri daşıyacaq - VİDEO

Mühəndislər qrupu öz çəkisindən 40 dəfə çox ağırlıqda yük qaldıran kiçik dronlar yaradıb. Avtosfer.az ICTnews-a istinadən bildirir ki, layihə ABŞ-ın Stenford Universitetinin Mühəndis Məktəbi və İsveçrənin Lozanna Federal Politexnik Məktəbinin əməkdaşları tərəfindən hazırlanıb. "FlyCroTugs" adlanan dronlar elə modifikasiya edilib ki, gekkon pəncəsini xatırladan adgeziv səth onlara istənilən səthə yapışıb sallanmağa imkan verir. Pilotsuz uçan aparatlar, həmçinin, bucurqad və buraz vasitəsilə onların çəkisini 40 dəfə üstələyən obyektləri tuta və daşıya bilir. Təqdim edilən videoda iki dronun qapını uğurla açması nümayiş olunur. Tədqiqatçıların sözlərinə görə, sürətli, kiçik və iri yükləri daşıya bilən hava nəqliyyatının yaradılması zamanı onlar təbiət dünyasından ilhamlanaraq arıların quruluşundan nümunə kimi istifadə ediblər. Alimlər bildirib ki, "FlyCroTugs" dronlarının kiçikölçülü olması onlara qapalı yerlərdə hərəkət etməyə və insanlara yaxın məsafədə uçmağa imkan verir ki, bu da onları axtarış və xilasetmə əməliyyatları üçün faydalı edir.
Rusiya Ukrayna ilə müharibədə ABŞ-yə güvənməklə özünü tələyə salır – EKSPERT
“AzParking” mobil tətbiqində yenilik; funksionallıq artırıldı - AÇIQLAMA
Azərbaycan beynəlxalq poçt və elektron ticarət logistikasında hansı imkanlara malikdir? - EKSPERT
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı












