"Kızılelma"nın növbəti uğuru - VİDEO

Türkiyənin ilk pilotsuz döyüş təyyarəsi olan "Bayraktar Kızılelma" növbəti tarixi uğura imza atıb. Avtosfer.az xəbər verir ki, bu barədə "Anadolu" mlumat yayıb. Bildirilib ki, "Bayraktar Kızılelma" Sinop sahillərində həyata keçirilən sınaqda görmə məsafəsindən uzaqda hava-hava raketi ilə reaktiv mühərrikli hava hədəfini vurub. Beləliklə, "Bayraktar Kızılelma" dünyada bunu edən ilk pilotsuz döyüş təyyarə olub. Ssenariyə uyğun olaraq buraxılan yüksək sürətli reaktiv mühərrikli hədəf dronu, "Bayraktar Kızılelma" üzərində yerləşən ASELSAN müdafiə sənayesi şirkətinin hazırladığı URAD AESA radarı tərəfindən aşkar edilib və izlənilib. Radar hədəfi dəqiq müəyyən etdikdən sonra pilotsuz döyüş təyyarəsi qanadının altında daşıdığı GÖKDOĞAN Beyond Visual Range hava-hava raketini atıb. Atılan raket reaktiv mühərrikli hədəfi vurub. Türkiyə aviasiya tarixində yeni bir dövrün başlanğıcını qoyan bu sınaq səmada yaxından izlənilib.
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO
Bakıdan başladı, bütün ölkədə olacaq - Artıq gizlənmək ...
“Ağıllı ev”lərin riskləri: Rahatlıqla yanaşı, təhlükələr də var - İT MÜTƏXƏSSİSİ
“Starlink” şəbəkəsi ucqar kənd yerlərinə internetin təminatı üçün daha əlverişlidir - MÜTƏXƏSSİS
Süni intellektdən alınan tibbi məsləhətlər nə dərəcədə etibarlıdır?- Ekspert AÇIQLADI
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA










