Koronavirusa yoluxmanı təyin edən “smart” maska hazırlanıb

Sinqapurun Nanyanq Milli Universiteti və Material Tədqiqatları və Mühəndislik İnstitutunun əməkdaşları COVID-19-u xatırladan əlamətləri ayırd edə bilən, hər hansı üz maskasına asanlıqla taxıla bilən vahid sistem hazırlayıblar.
“Report” “The Strait Times”a istinadən xəbər verir ki, həmin sistemdəki sensorlar vasitəsilə dərinin hərarəti, qanda oksigen miqdarı, ürək döyüntüsü tezliyi təyin edilir. Tədqiqat qrupunun üzvlərindən professor Lohun dediyinə görə adıçəkilən məlumatlar hər 30 dəqiqədən bir monitora ötürülür.
Nanyanq Universitetinin professoru Çen Siandonq sistemin ən son versiyasında üç sensoru yumşaq və suya davamlı polimerdən hazırlanan bir çipdə birləşdirdiklərini və hazırda sınaqdan keçirdiklərini, məlumatların "Bluetooth" vasitəsilə real vaxtda smartfona ötürülə biləcəyini diqqətə çatdırıb.
Hazırda 50 ABŞ dollarına yaxın olan yeni sistemin kütləvi istehsal olunacağı təqdirdə 20 dollardan ucuz satılacağı da qeyd olunub.
Azərbaycan beynəlxalq poçt və elektron ticarət logistikasında hansı imkanlara malikdir? - EKSPERT
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO












