Koronavirusu öldürən supermaska ixtira olundu - VİDEO

Virusla təmasda mikroorqanizmi məhv edən xüsusi maska ixtira olunub. Amerikalı alimlərin bununla bağlı araşdırmalarının nəticələri “ChemRxiv” saytında dərc olunub.
Məlumata görə, ABŞ-ın İndiana Universitetinin alimləri nəm olarkən kiçik elektrik gərginliyi yaradan parçadan hazırlanmış maska nümayiş etdiriblər. Onlar bildiriblər ki, bir çox viruslar insan orqanlarına elektrostatistik qarşılıqlı fəaliyyətin köməyi ilə yapışır. Orqanizmə daxil olmaları üçün onların strukturu sabit qalmalıdır. Yeni tip maska ilə təmasda bu struktur məhv olur və yad elementlər məhv edilir. Həmin araşdırmaya altı il zaman sərf edən alimlər supermaska ilə təmasda olan virusun orqanizmə yoluxma qabiliyyətinin bir dəqiqədən sonra tamamilə yox olduğunu müəyyən ediblər. Onlar yeni ixtiranın koronavirus pandemiyası dövründə xüsusi əhəmiyyətli olduğunu vurğulayıblar. (Modern.az)
Rusiya Ukrayna ilə müharibədə ABŞ-yə güvənməklə özünü tələyə salır – EKSPERT
“AzParking” mobil tətbiqində yenilik; funksionallıq artırıldı - AÇIQLAMA
Azərbaycan beynəlxalq poçt və elektron ticarət logistikasında hansı imkanlara malikdir? - EKSPERT
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı












