Kosmosa rekord sayda peyk buraxılıb

ABŞ Kosmik Agentliyinin (NASA) keçmiş əməkdaşlarının təsis etdiyi “Planet Labs” özəl kosmik şirkəti bəşəriyyət tarixində kosmosa rekord sayda peyk buraxıb. Avtosfer.az “ICTnews”a istinadən xəbər verir ki, şirkət nümayəndələrinin sözlərinə görə, eyni anda 146 kiçik peyk buraxılışı həyata keçirilməklə kosmosa ümumilikdə 300 peyk çıxarılıb. “Dove” adlanan “CubeSat” formatlı miniatür peyklər xüsusi xidmət orqanları, kənd təsərrüfatı şirkətləri və s. tərəfindən istifadə məqsədilə planet səthinin fotoşəkilinin çəkilməsi üçün vahid şəbəkədə birləşdirilib. Çəkisi təxminən 5 kq təşkil edən peyklər məlumatların toplanılması üçün smartfonların istifadə etdiyi texnologiyadan yararlanır. “Casus” peyklər bütün dünyada yüksək keyfiyyətli şəkillər çəkirlər. Onlar Yer kürəsi ətrafında hər 90 dəqiqədə bir dəfə dövrə vurmaqla planetdə baş verən bütün dəyişiklikləri sənədləşdirirlər. Məlumata görə, “Planet Lab” şirkəti fotoşəkilləri əsasən kənd təsərrüfatı bitkilərinin vəziyyətinin monitorinqi ilə məşğul olan 200-dən çox müştəriyə satır. Şirkət təsisçisi Uill Marşall və onun komandası fəaliyyətə orbitə Beynəlxalq Kosmik Stansiyadan buraxılan 28 kiçik peyk göndərməklə başlayıb. Bu gün şirkət mütəxəssisləri tərəfindən bəşəriyyət tarixində ən böyük peyklər parkının idarəetməsi həyata keçirilir.
Azərbaycan beynəlxalq poçt və elektron ticarət logistikasında hansı imkanlara malikdir? - EKSPERT
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO












