“Kounotori-7” gəmisi yükləri Beynəlxalq Kosmik Stansiyaya çatdıracaq

Yaponiyanın "Kounotori-7” kosmik yük gəmisi yükləri Beynəlxalq Kosmik Stansiyaya (BKS) çatdırmaq üçün kosmosa buraxılıb. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, H2B daşıyıcı raketi "Kounotori-7” yük gəmisini Yaponiyanın cənubundakı kosmodromdan sentyabrın 23-də saat 3 radələrində kosmosa çıxarıb. Gəminin ümumi yükü 6,2 ton ağırlığındadır. Gəmi kosmosa yapon litium akkumlyatorlarını, eksperimental avadanlıq və BKS-nin sakinləri üçün gündəlik tələbat əşyalarını çatdıracaq. Akkumlyatorlar BKS-nin əsas enerji mənbəyidir. Kosmik yük gəmisinin göyərtəsində 80 santimetr enində kapsul da var. Alimlər həmin kapsulda eksperimentlərin nümunələrini Yerə çatdırmağa planlaşdırırlar. "Kounotori-7” gəmisinin sentyabrın 27-də yapon vaxtı ilə gecə saatlarında BKS ilə birləşəcəyi gözlənilir.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











