Kran gəmiləri və tankerlərin tikintisi ilə bağlı danışıqlar aparılır

"Baku Shipyard" gəmiqayırma zavodu yeni gəmilərin tikintisi ilə bağlı "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" QSC ilə danışıqlar aparır. Avtosfer.az xəbər verir ki, bu barədə Trend-ə "Bakı gəmiqayırma zavodu" MMC-dən bildiriblər. Məlumatda qeyd olunur ki, müxtəlif təyinatlı gəmilərin yenilənməsi işləri üzrə zavodla QSC arasında davamlı danışıqlar aparılır: "Hazırda yeni kran gəmilərinin, liman buksirlərinin və əlavə neftdoldurma tankerlərinin tikintisi ilə bağlı danışıqlar gedir". "Baku Shipyard"dan onu da bildiriblər ki, Ro-Pax tipli gəmilərin tikintisi ilə yanaşı, zavodda 2 ədəd yeni nəsil RST 12 C tankerinin tikintisi aparılır: "Birinci tankerin korpusunun tikintisi təxminən 90 faiz başa çatıb və bu ilin oktyabrında onun sınaq üçün suya salınması gözlənilir. İkinci tankerin korpusunun tikintisi 50 faizədək icra olunub. Hər iki tankerin tikintisi üzrə işlərin 2019-cu ilin sonunda başa çatdırılması planlaşdırılır". Tankerlər xam neft və 1,015 ton/kubmetr sıxlığadək neft məhsullarının, o cümlədən benzin və kimyəvi yüklərin daşınması üçün nəzərdə tutulub.
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO
Bakıdan başladı, bütün ölkədə olacaq - Artıq gizlənmək ...
“Ağıllı ev”lərin riskləri: Rahatlıqla yanaşı, təhlükələr də var - İT MÜTƏXƏSSİSİ
“Starlink” şəbəkəsi ucqar kənd yerlərinə internetin təminatı üçün daha əlverişlidir - MÜTƏXƏSSİS
Süni intellektdən alınan tibbi məsləhətlər nə dərəcədə etibarlıdır?- Ekspert AÇIQLADI
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA










