Kvadrokopter və yerüstü nəqliyyat vasitəsinin hibridi yaradılıb - VİDEO

İsrail mütəxəssisləri kvadrokopter rejimində uçan və səth üzərində avtomobil kimi hərəkət edən qurğu yaradıblar. Bu barədə Ben-Qurion Universitetinin saytında dərc edilən məlumatda deyilir.
Avtosfer.az ICTnews-a istinadən bildirir ki, bu növ ilk texnika nümunəsi olan konstruksiya "FSTAR" (flying sprawl-tuned autonomous robot) adlanır. Eksperimental robot dron səth üzərində saniyədə 2,6 metr sürətlə hərəkət edir və ya seçilmiş istiqamət üzrə havaya qalxaraq uçur. Bu məqsəd üçün qarşıya qoyulmuş tapşırıqdan asılı olaraq dörd hava vintini və ya dörd təkəri hərəkətə gətirən eyni kollektorsuz mühərriklərdən istifadə olunur. "FSTAR" korpusu transformasiya etmək qabiliyyəti sayəsində yerdə hərəkət və en və hündürlüyün dəyişməsi ilə əlaqədar tunelə daxil olmaq üçün kvadrokopterin düz konstruksiyasını daha kompaktı ilə əvəzləyə bilir. Robot yaradıcıları qeyd edir ki, universal xüsusiyyətlərə malik qurğunun mühərrikləri az enerji sərf edir. Hazırda "FSTAR" qurğusunun yükgötürmə qabiliyyəti 400 qram təşkil etsə də, bu, artıq indidən ondan geniş spektrli tapşırıqların yerinə yetirilməsi üçün istifadəyə imkan verir. Konstruktorların məlumatına görə, texniki qurğu axtarış-xilasetmə əməliyyatları, binalara texniki xidmət və onların təmizlənilməsi, müxtəlif təmir işləri və videoçəkiliş sahələrində tətbiq edilə bilər.
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO
Bakıdan başladı, bütün ölkədə olacaq - Artıq gizlənmək ...
“Ağıllı ev”lərin riskləri: Rahatlıqla yanaşı, təhlükələr də var - İT MÜTƏXƏSSİSİ
“Starlink” şəbəkəsi ucqar kənd yerlərinə internetin təminatı üçün daha əlverişlidir - MÜTƏXƏSSİS
Süni intellektdən alınan tibbi məsləhətlər nə dərəcədə etibarlıdır?- Ekspert AÇIQLADI
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA










