Marsa pilotlu uçuş 2030-cu illərin ortalarında baş tuta bilər

Marsa pilotlu ekspedisiya 2030-cu illərin ortalarında həyata keçirilə bilər. Bunadək isə belə uçuş üçün texnologiyaların sınaqdan keçirilməsi tələb olunur. Bu barədə ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) direktoru Cim Braydenstayn bildirib.
Avtosfer.az ICTnews-a istinadən bildirir ki, agentlik direktorunun sözlərinə görə, "Curiosity" və "Opportunity" aparatları, eləcə də "Mars InSight" stansiyası vasitəsilə aparılan tədqiqatlar Marsın tarixi və geoloji quruluşu barədə yeni məlumatlar əldə etməyə imkan verib. "Onlar göstərir ki, Mars səthində mürəkkəb üzvi birləşmələr mövcuddur. Bu, Marsda həyatın mövcud olmasını deməyə əsas verməsə də, orada həyat üçün komponentlər var", - C. Braydenstayn qeyd edib. Məlumata görə, "NASA" 2020-ci ilədək Mars səthinə informasiyanın toplanılması üçün daha bir aparat göndərməyi planlaşdırır. Onun əsasında alimlər tərəfindən uzaq keçmişdə Marsda mümkün yaşayışın mövcudluğu, eləcə də gələcəkdə planetdə insanın yaşamaq imkanı qiymətləndiriləcək. "Marsa pilotlu ekspedisiyanın 2030-cu illərin ortalarında göndərilməsi nəzərdə tutulur. Biz bu proqrama beynəlxalq tərəfdaşlar cəlb edərək ora robot və aparatlar göndərməyi düşünürük", - "NASA" direktoru əlavə edib.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











