Mask Çində zavod tikdirir - VİDEO

Şanxayda olacaq zavod yüksək sürətlə tikiləcək. ABŞ ilə olan ticarət müharibəsi səbəbilə Çin hökuməti ölkəyə gətirilən elektromobil modellərinə 40%-lik vergi tətbiq edib. Bu səbəbdən Tesla şirkəti Çində olduqca tez zamanda zavoda ehtiyac duyur. Bu barədə Electrek saytı xəbər verib. Dron vasitəsilə çəkilmiş videodan da görmək olar ki, zavod üçün artıq lazımi ərazi ayrılıb və orada Gigafactory 1 böyüklüyündə zavod yerləşə bilər. Videoda həmçinin yüklərin boşaldılması ilə məşğul olan yük maşınları əks olunublar.
Avtosfer.az technote.az-a istinadən bildirir ki, Tesla şirkəti Model 3 elektromobili üçün olan bəzi detalların istehsalatını artıq gələn ildə normaya salmağı planlaşdırır. Sözügedən zavodda elektromobillərin kütləvi istehsalı isə bir neçə ildən sonra start götürəcək. Şanxayda olacaq Gigafactory 3 zavodu Elon Musk-ın ən iddialı layihələrindən biridir. Çin ərazisində zavodun inşa edilməsi üçün Elon Musk ilkin mərhələdə bir çox diplomatik məsələləri həll etməli oldu. Adətən Çin hökuməti yerli şirkətlərlə əməkdaşlıq halında lazımi şəraiti yaradır. Lakin Musk texnologiyaların oğurlanmasından qorxurdu. Buna görə də o, Çindən hansısa şirkət ilə əməkdaşlıq etmədəm tək başına zavodu inşa etmək hüququnu əldə etdi.
Beləliklə tam istehsalat potensialına sahib olandan sonra Gigafactory 3 zavodu Çin bazarı üçün ildə 500.000 elektromobil istehsal edəcək. Tesla və ümumilikdə avtomobil sahəsi üçün bu çox böyük göstəricidir. Məsələn keçən il Tesla şirkəti alıcılara 101.300 ədəd elektromobil təqdim etmişdi. Bu il isə şirkət həftədə 5000 ədəd elektromobil istehsal etmək üçün səylə çalışdı. Bununla yanaşı Gigafactory 2 zavodu dünyada olan istənilən avtomobil istehsalçısından daha çox batareya istehsal edir.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











