Maskdan "Tesla" ilə bağlı YENİLİK

Əvvəlki illərdə istehsal olunmuş "Tesla" avtomobillərinin hamısı "tam avtomatik idarəetmə" funksiyası ilə təchiz olunacaq. Avtosfer.az sputnik-ə istinadən xəbər verir ki, bu barədə şirkətin təsisçisi İlon Mask Twitter hesabında yazıb. Avtomobillərin "beyin"lərinin yenilənməsi, çox güman ki, 2019-cu ilin 4-cü rübündə başlayacaq. Təxminən yarım milyon maşın modernləşdiriləcək.
Kampaniya çərçivəsində köhnə modullu HW2+ çiplərinin əvəzinə FSD (full self-driving — "tam avtonom idarəetmə") quraşdırılacaq. Mask deyib ki, yeni prosessor artıq üç aya yaxındır ki, şirkətin bütün yeni maşınlarına quraşdırılır. Köhnə avtomobillərin yenilənməsi Full Self-Driving opsion paketi üçün 6 min dollar ödəmiş şəxslər üçün pulsuz olacaq. Mask hesab edir ki, tam avtonom maşınlar taksi qismində istifadə oluna bilər. Şirkət bu qənaətdədir ki, bu cür taksilərin bütün istismarı müddətində 300 min dollar gəlir əldə etmək mümkündür. "Tesla" şirkəti bəyan edib ki, icarəyə götürülmüş Model 3-ləri alaraq icarə müddəti bitdikdən sonra robot-taksi kimi istifadə etmək niyyətindədir.
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO
Bakıdan başladı, bütün ölkədə olacaq - Artıq gizlənmək ...
“Ağıllı ev”lərin riskləri: Rahatlıqla yanaşı, təhlükələr də var - İT MÜTƏXƏSSİSİ
“Starlink” şəbəkəsi ucqar kənd yerlərinə internetin təminatı üçün daha əlverişlidir - MÜTƏXƏSSİS
Süni intellektdən alınan tibbi məsləhətlər nə dərəcədə etibarlıdır?- Ekspert AÇIQLADI
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA










