Məkkə ilə Mədinəni birləşdirən sürətli dəmir yolu xətti açılıb

Səudiyyə Ərəbistanın iki müqəddəs şəhərini – Məkkə ilə Mədinəni birləşdirən ilk sürətli dəmir yolu istifadəyə verilib. Artıq Məkkədən Mədinəyə bir saat ərzində çatmaq mümkün olacaq. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, ilk sürətli dəmir yolu xəttinin təntənəli açılış mərasimində Kral Salman bin Əbdüləziz Al Səud iştirak edib. Qeyd olunub ki, saatda 300 kilometr sürətlə hərəkət edəcək qatarlarla il ərzində 60 milyon sərnişin daşımaq mümkün olacaq. Dəmir yolunun uzunluğu 450 kilometrdir. Bu marşrut üzrə beş dayanacaq olacaq – Məkkə, Ciddə, Ciddədəki Kral Əbdüləziz adına hava limanı, Rabih və Mədinə. Yerli mətbuatın verdiyi məlumatlarda qeyd olunur ki, Məkkə ilə Mədinəni birləşdirən dəmir yolu xəttinin açılışı ilk növbədə ölkəyə Həcc və ümrə ziyarətlərinə gələn zəvvarların gediş-gəlişlərinin asanlaşdırılmasına və onların sayının artırılmasına yönəlib.
Azərbaycan beynəlxalq poçt və elektron ticarət logistikasında hansı imkanlara malikdir? - EKSPERT
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO












