“Mercedes-Benz” ən güclü dördsilindrli mühərriki təqdim edib – VİDEO

Mercedes-AMG bölməsi seriya avtomobilləri üçün nəzərdə tutduğu ən güclü dördsilindrli turbomühərriki təqdim edib. Yeni mühərriki 45 indeksinə malik olan AMG modellərinin kapotunun altında yerləşdiriləcəkdir. Yeni 2,0-litrlik mühərrik M139 indeksinə malikdir. Güc aqreqatı 387 at qüvvəsi və 480 Nm fırlanma anı hasil edir. S indeksi ilə işarələnəcək avtomobillərdə mühərrikin hasilatı 421 at qüvvəsi və 500 Nm təşkil edəcəkdir. Mühərrik 7200 dövr/dəqiqəyə qədər sürətlənə bilir. Müsayisə üçün, əvvəlki M133 aqreqatı 381 at qüvvəsinə və 475 Nm-ə malik idi. Yeni mühərrik ikiaxınlı turbokompressorla təchiz olunub ki, bu kompressor elektronika ilə idarələnən öncədən buraxılış klapanına malikdir. Ən maraqlısı odur ki, bu mühərrikdə giriş sistemi öndə, turbokompressor və buraxılış kollektoru isə arxada quraşdırlıb. Bundan başqa, mühərrik elektrik su nasosuna, sərt hissəciklər filtrinə və start-stop sisteminə sahib olub. (autograph.az)
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











