“Mitsubishi” dünyada ilk elektrik avtomobilinin istehsalını dayandıracaq

Yaponiyanın “Mitsubishi Motors” konserni cari maliyyə ilinin sonuna kimi (2021-ci ilin martında -red) dünyada geniş bazar üçün buraxılmış ilk elektrik avtomobil “i-MiEV”in istehsalını başa çatdırmaq niyyətindədir. Bu barədə NHK telekanalı bildirib.
Bu qərarın əsas səbəbi modelin satış səviyyəsinin aşağı olması, həmçinin şirkətdəki ümumi böhran vəziyyəti və xərcləri azaltmaq istəyidir. Bundan əlavə, “Mitsubishi Motors” ortağı “Nissan”ın dəstəyi ilə yeni bir elektrikli nəqliyyat vasitəsini inkişaf etdirə bilər.
“i-MiEV” 2009-cu il istehsal edilib və dünyada alıcılar üçün əlçatan olan ilk elektrik avtomobil olub. Avtomobil 63 at gücə malik elektromühərriklə təchiz edilib, batareyanın bir gediş yükü təxminən 160 kilometrdir.
Avtomobil həmçinin “Peugeot” və “Citroen” markaları altında buraxılıb.
Dünyada bu növ avtomobilin təxminən 50 mini satılıb. (“Report”)
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











