Mobil virusların ən təhlükəli mənbəyi açıqlanıb

"NortonLifeLock" və "IMDEA Software Institute" şirkətlərini təmsil edən kibertəhlükəsizlik sahəsi üzrə ispaniyalı tədqiqatçılar mobil virusların ən təhlükəli mənbəyini açıqlayıblar. Mütəxəssislərin məlumatına görə, zərərverici fayllar "Android" smartfonlarına əksər hallarda "Google Play" proqramlar mağazası vasitəsilə düşür.
Avtosfer.az ictnews.az-a istinadən bildirir ki, mütəxəssislər ümumilikdə 2019-cu ilin iyun-sentyabr ayları ərzində 12 milyon "Android" qurğuya quraşdırılmış 34 milyon mobil proqramı araşdırıblar və onların smartfonlara necə düşməsini təhlil ediblər. Analitiklər mobil tətbiqlərin 10-24%-nin zərərverici olduğunu bildiriblər.
Ümumilikdə mütəxəssislər virusların smartfonlara düşməsinin 12 əsas üsulunu təsvir ediblər. Zərərverici proqramların ən populyar mənbəyi "Google Play" olub, yoluxdurulmuş proqramların təxminən 67,5%-i onun payına düşür. Tədqiqatçılar kənar proqram mağazalarının (10,4 faiz) ikinci populyar mənbə olduğunu qeyd ediblər. Ehtiyat surətin bərpası üçüncü olub.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











