Mühəndislərdən yenilik - VİDEO

Avstraliyalı mühəndislər tərəfindən təqdim edilmiş "SwagBot" adlı kənd təsərrüfatı robotu kompüter görmə texnologiyasının köməyi ilə özü alaq otlarını tanıya və onları herbisidlərlə çiləyə bilər. Avtosfer.az "ICTnews"a istinadən xəbər verir ki, "SwagBot" kənd təsərrüfatı robotu 2016-cı ildən istifadə edilir, yenilənmiş qurğu özü alaq otlarını məhv edə bilir. "SwagBot" robotunun tanıdığı alaq otlarının sayı barədə dəqiq məlumat yoxdur. Qurğunun təsvirində deyilir ki, alqoritm Cənubi Amerikada olan "Nassella trichotoma" adlı alaq otlarını dəqiq tanıyır. "SwagBot" robotu uzun fırlanan təkərləri olan düzbucaqlı formasında hazırlanıb. Qurğu lidar, kamera və idarə sisteminə malik antena ilə təchiz edilib. Bundan başqa, mərkəzi hissənin altında herbisid tozlandırıcısından ibarət balon yerləşir.
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO
Bakıdan başladı, bütün ölkədə olacaq - Artıq gizlənmək ...
“Ağıllı ev”lərin riskləri: Rahatlıqla yanaşı, təhlükələr də var - İT MÜTƏXƏSSİSİ
“Starlink” şəbəkəsi ucqar kənd yerlərinə internetin təminatı üçün daha əlverişlidir - MÜTƏXƏSSİS
Süni intellektdən alınan tibbi məsləhətlər nə dərəcədə etibarlıdır?- Ekspert AÇIQLADI
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA










