Naməlum təyyarə görənləri heyrətləndirdi - FOTOLAR

Kaliforniyanın Mohave səhrasında yerləşən Helendeyl kompleksində radar dalğalarının effektiv əks olunmasını qiymətləndirəcək naməlum uçuş aparatının sınağı keçirilib. Avtosfer.az-ın Oxu.az-a istinadən verdiyi məlumata görə, kadrları "Uncanny Expeditions" kanalının Aleks ləqəbi ilə tanınan bloqeri yayımlayıb. Bildirilir ki, kompleks, aerokosmik sahədə məxfi layihələri ilə tanınan "Lockheed Martin Skunk Works" şirkətinə məxsusdur. Fotolarda səsdənsürətli aparata bənzəyən naməlum bir konstruksiyanı görmək mümkündür. Məsafə və maskalanma səbəbindən aparatın forması və detalları tam aydın görünmür, buna görə layihənin erkən inkişaf mərhələsində olduğu, yoxsa artıq sınaqdan keçirildiyi bəlli deyil.
Qeyd edək ki, videonun müəllifi əsasən ABŞ-nin cənub-qərbində yerləşən 51-ci Zona və Helendeyl sınaq poliqonu kimi məxfi, sirli yerlərin araşdırılması və sənədləşdirilməsinə yönəlmiş kontent müəllifidir.




Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO
Bakıdan başladı, bütün ölkədə olacaq - Artıq gizlənmək ...











