NASA teleskopu iki planet kəşf edib

ABŞ-ın Florida ştatındakı Kanaveral burnunda yerləşən kosmodromdan beş ay əvvəl fəzaya göndərilmiş planet axtaran orbital teleskop Günəş sisteminin xaricində iki yeni planet kəşf edib. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, ABŞ-ın Milli Aeronavtika və Kosmik Tədqiqatlar Agentliyinin (NASA) tranzit planet kəşfiyyatçı teleskopu (TESS) hər biri Günəş sistemindən 49 və 60 işıq ili uzaqlıqda “Qızmar Yer” və “Super Yer” planetlərini kəşf edib. Bundan başqa, 337 milyon dollar vəsait xərclənmiş TESS Yerin ətrafındakı ulduzlar arasında cırtdan planetləri də aşkar edib. Layihənin elmi direktorunun müavini Sara Siger jurnalistlərə bildirib ki, astronomlardan ibarət qrup TESS-dən yeni kəşflər gözləyir. Onun sözlərinə görə, gecənin qaranlığında səmada işıq saçan minlərlə göy cisminin öyrənilməsinə ehtiyac var. TESS-in sələfi olmuş “Kepler” teleskopu son 20 il ərzində 3700 cırtdan planet kəşf edib və yanacağı bitdikdən sonra sıradan çıxıb. NASA-nın yeni proqramına Yerin ölçüsünə yaxın və daha böyük planetlərin aşkar edilməsi, onlarda həyat ehtimalının olması üzrə tədqiqatlar daxil edilib. Alimlər TESS-in sayəsində 100-dən çox qayalıq səthi olan kiçik planetin kataloqunun hazırlanacağına ümid edirlər. Yeni kəşf olunmuş “Super Yer” planeti Günəş sistemindən 60 işıq ili uzaqda olmaqla hər 6,3 gündən bir onun orbitinə yaxınlaşır. Günəş sistemindən 60 işıq ili uzaqda olan “Qızmar Yer” planeti isə hər 11 saatdan bir orbitin yaxınlığından keçir. NASA-nın TESS üzrə proqram tədqiqatçısı olan Martin Spill hesab edir ki, bu planetlərin səthində su ola bilər. Onun sözlərinə görə, astronomlar kəşf olunan yeni planetlər üzərində geniş tədqiqatlar aparacaqlar.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











