“Naxçıvan” gəmi-bərəsi əsaslı təmir olunub - FOTO

“Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-yə (ASCO) məxsus “Naxçıvan” gəmi-bərəsi əsaslı təmir edilib. “Zığ” Gəmi Təmiri və Tikintisi Zavodunda aparılan təmir işləri planlaşdırılmış şəkildə və yüksək keyfiyyətlə həyata keçirilib.
ASCO-dan Avtosfer.az-a verilən məlumata görə, gəmi-bərənin baş və köməkçi mühərrikləri, nasos və separatorları əsaslı təmir olunub. Boru quraşdırma işləri yerinə yetirilib. Gəmi üzrə gövdə qaynaq, avtomatika işləri görülüb, elektrik avadanlıqları təmir olunub, yeni kompressorlar quraşdırılıb. Bundan başqa, gəmi-bərənin yaşayış və xidməti otaqları müasir tələblər səviyyəsində təmir edilib, yeni mebellər quraşdırılıb. “Naxçıvan” gəmi-bərəsinin sualtı və suüstü hissəsi, vaqon göyərtəsi, üst göyərtəsi də təmizlənərək rənglənib.
Dəniz-sınaq yoxlamasından uğurla çıxan gəmi-bərə yenidən istismara qaytarılıb. Uzunluğu 154,55 metr, eni isə 18,3 metr olan “Naxçıvan” gəmi-bərəsinin maksimal sürəti 15 uzeldir.
Namiq Musayev
metr, eni isə 18,3 metr olan “Naxçıvan” gəmi-bərəsinin maksimal sürəti 15 uzeldir.



İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











