Nexus adlı hava taksisi təqdim olundu – VİDEO

Uber şirkəti ilə əməkdaşlıq edən vertolyot istehsalçısı Bell şirkəti qısa məsafəli uçuşlar üçün nəzərdə tutulmuş hava taksilərinin istifadəyə verilməsini planlaşdırır. Hal hazırda Las Veqasda keçirilən CES 2019 sərgisində Bell şirkəti özünün hava taksisi nəqliyyatını sərgiləyib. Bu barədə Hightech.plus saytı xəbər verib. Şirkətin hazırladığı ilk aerotaksi prototipinin adı Nexus-dur və o, 5 nəfər sərnişin üçün nəzərdə tutulub. Nexus modelinin daxilində 4 nəfər adi sərnişin və bir nəfər pilot yerləşə bilər. Bununla yanaşı aerotaksi modelinin ümumi çəki qaldırma qabiliyyəti 272 kq-dır.
Avtosfer.az technote.az-a istinadən bildirir ki, bu hava nəqliyyatı növü elektriklə çalışan 6 pərdən ibarətdir. Onların vasitəsilə Nexus şaquli şəkildə uçuş və enişi reallaşdırır. Bunun sayəsində aerotaksi üçün ayrıca uçuş zolağı lazım deyil. Bunun yerinə onun üçün kiçik vertolyot meydançası da kifayət edir. Qeyd etmək lazımdır ki, daha öncədən Bell şirkəti Uber Elevate layihəsi ilə əməkdaşlıq müqaviləsi bağlamışdı. Bu layihə Uber tərəfindən yaradılıb və müxtəlif növ hava nəqliyyatının inkişafı üçün nəzərdə tutulub.
Gözləntilərə əsasən Bell şirkətinin ilk aerotaksi modelləri artıq 2020-ci illərin ortalarında istifadəyə veriləcək. Nexus, Bell şirkətinin hava nəqliyyatı üzrə yeni model seriyası olacaq. Şirkət təkcə sərnişin daşınmaları ilə kifayətlənmək niyyətində deyil. Belə ki, şirkət özünün hazırladığı aerotaksilər vasitəsilə müxtəlif növ yüklərin daşınmasını reallaşdırmağı da planlaşdırır. Bura həmçinin hərbi məqsədli yüklər də daxildir.
Qeyd etmək lazımdır ki, Bell artıq uzun illərdir ki, ABŞ ordusunu uçuş aparatları ilə təmin edir. Məlumata əsasən Nexus saatda 240 km sürətlə hərəkət edə bilir. Onun qətt etdiyi yol isə 240 km-dir. CES 2019 sərgisində şirkət Nexus aparatının yalnız prototipini təqdim edib. Aparatın işlək versiyası isə bir qədər sonra yəni, aerotaksinin kommersiya məqsədli startına yaxın müddətdə təqdim ediləcək. Qeyd etmək lazımdır ki, hal hazırda uçan taksi layihəsi üzərində 19 şirkət çalışır. Onların arasında Airbus və Boeing kimi məşhur şirkətlər də var.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











