Nüvə silahı daşıyan konvoyları müşayiət edən zirehli "Tayfun" - FOTO
Rus mütəxəssisləri nüvə silahı daşıyan konvoyları müşayiət edən zirehli maşın hazırlayıblar. Avtosfer.az xəbər verir ki, avtomobil “Tayfun” şassisi əsasında yaradılıb. Avtosfer.az xəbər verir ki, bunu “RİA Novosti”yə müsahibəsində “Remdiesel” inkişaf şirkətinin baş konstruktoru İqor Zaraxoviç danışıb.
İqor Zaraxoviç qeyd edib ki, maşın Müdafiə Nazirliyinin 12-ci Baş İdarəsi üçün nəzərdə tutulub.
Artıq maşın zavod sınaqlarından keçib və “O” hərifini alıb.
Ordu üçün onun qiyməti, sistemin sadələşdirilməsi və asma dəyişdirməsindən sonra 30 faiz aşağı endirilib.
Konstruktor əlavə edib ki, “Remdiesel” “Tayfun”ların mülki versiyasını da yaratmağı planlaşdırır. Avtomobillər xüsusilə, Arktika da daxil olmaqla çətin iqlim şəraitində işləmək üçün istifadə edilə bilər. "Tayfun" - Ural Avtomobil Zavodu, Kamaz, Yaroslavl Motor Zavodu və Polad Tədqiqat İnstitutu da daxil olmaqla 120-dən çox müəssisənin işlədiyi yüksək təhlükəsizlik zirehli texnikalar ailəsidir.
Avtomobil ilk dəfə 2011-ci ildə məşq meydançasında nümayiş etdirilib, 2014-cü ildə isə Moskvadakı Qələbə Paradında iştirak edib.
Namiq Musayev