Ölkəyə dron gətirilməsi prosesi daha da sərtləşdirilib

"Məlumdur ki, qanunvericiliyə görə mülki dövriyyəsi məhdudlaşdırılan əşyaların siyahısına dronlar da aid edilib. İndiyədək mövcud olan qaydaya görə dron gətirmək istəyən NRYTN-ə müraciət etməli və 4 qurumun, XDMX (Xüsusi Dövlət Mühafizə Xidməti-red.), DTX (Dövlət Təhlükəsizliyi Xidməti-red.), DSX (Dövlət Sərhəd Xidməti-red.) və MN-in (Müdafiə Nazirliyi-red.) də icazəsini təqdim etməliydi".
Avtosfer.az sputnik-ə istinadən xəbər verir ki, bu barədə İT mütəxəssisi Osman Gündüz öz "Facebook" səhifəsində yazıb. O qeyd edib ki, bir müddət öncə millət vəkili Tahir Mirkişili belə bir məhdudiyyətin olmadığını bildirmişdi və bununla bağlı sosial mediada bir xeyli müzakirələr getmişdi. "Biz dronların təyinatından asılı olaraq, qaydaların sadələşdirilməsini və məhdudiyyətlərin aradan qaldırılmasını təklif edirdik. Lakin dron gətirilməsinə icazə vermək istəyənlərin sayı günü-gündən artır. İndi də DİN dronların gətirilməsinə icazə verilməsi üçün səlahiyyətlər istəyib. Bir neçə gün öncə, Prezidentin fərmanı ilə DİN-ə də belə bir səlayiyyət verilib" - deyə Osman qeyd edib.
Onun sözlərinə görə, hazırda dron gətirilməsi üçün 6 dövlət qurumunun icazəsi tələb olunur: "Belə görünür ki, növbəti mərhələdə K/T Nazirliyi, Miqarsiya Xidməti, FHN və s. digər qurumlar da belə səlahiyyətlər istəyəcəklər. Fikrimcə, bu cür yanaşma doğru deyil. Son dövrlərdə Prezident Fərmanı ilə İnformasiya təhlükəsizliyi sahəsində Koordinasiya səlahiyyətləri XDMX –ya verilib. Belə olan halda dronla əlaqəli proseduraları bu qədər sərtləşdirməkdənsə, vətəndaşları 6 dövlət qurumuna yönləndirməkdənsə, yaxşı olmazdımı bu işlə elə bir qurum, məsələn XDMX məşğul olsun".
Ekspert hesab edir ki, dronların gətirilməsi prosesi sadələşdirilməli, elektron qeydiyyat sistemi formalaşdırılmalı və səlahiyyətlər də vahid bir quruma verilməlidir.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











