Ordu 3 minə yaxın yeni zirehli avtomobil istehsalı üçün müqavilə imzalayıb

ABŞ Silahlı Qüvvələri köhnəlmiş HMMWV (High Mobility Multipurpose Wheeled Vehicle) çoxməqsədli maşınların əvəzlənməsi üçün nəzərdə tutulan 2,7 mindən çox yeni JLTV (Joint Light Tactical Vehicle) zirehli avtomobil sifariş verib. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb. “Quru Qoşunları, Dəniz Piyadaları Korpusu, Hərbi Hava Qüvvələri və Hərbi Dəniz Qüvvələrinin maraqları üçün 2721 ədəd JLTV zirehli avtomobilin və 16714 ədəd texniki xidmət komplektinin istehsalı üçün 803,9 milyon dollar həcmində müqavilə imzalanıb. Əsas podratçı “Oshkosh Defense” müqaviləni 2022-ci il yanvarın 31-dək yerinə yetirəcək”, - Pentaqonun məlumatında belə deyilir.
Qurum, həmçinin Monteneqro üçün nəzərdə tutulan zirehli avtomobillər partiyasının da müqaviləyə daxil olduğunu qeyd edib.
Rusiya Ukrayna ilə müharibədə ABŞ-yə güvənməklə özünü tələyə salır – EKSPERT
“AzParking” mobil tətbiqində yenilik; funksionallıq artırıldı - AÇIQLAMA
Azərbaycan beynəlxalq poçt və elektron ticarət logistikasında hansı imkanlara malikdir? - EKSPERT
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı












