Ordu “Simurq” pilotsuz uçuş aparatından ilk dəfə istifadə edib

İran ordusu “Simurq” pilotsuz uçan aparatından (PUA) ilk dəfə “Zülfüqar-99” hərbi təlimlərində istifadə edib.
Bu barədə admiral Şəhram İrani məlumat verib. O, mətbuat nümayəndələrinə bildirib ki, “Simurq” tam olaraq İran istehsalıdır. Onun heç bir detalı xaricdən alınmayıb. Təlimlər zamanı “Simurq” uzaq məsafəyə uçaraq ehtimal edilən düşmənin hərbi gəmisini məhv edib və geri qayıdıb. Havada 24 saat qala bilən “Simurq” mərkəzə məlumatlar ötürmək imkanına malikdir.
İran ordusu, “Simurq” ilə yanaşı, “Qəraq” adlı PUA-dan istifadə edib.
Qeyd edək ki, İran ordusu Hind Okeanı sahilində Hərbi Dəniz Donanmasının və Hərbi Hava Qüvvələrinin iştirakı ilə hərbi təlimlər keçirir. Təlimlərə hava və dəniz desantı da cəlb edilib.
Təlimlər bu gün başa çatacaq. (AZƏRTAC)
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO
Bakıdan başladı, bütün ölkədə olacaq - Artıq gizlənmək ...
“Ağıllı ev”lərin riskləri: Rahatlıqla yanaşı, təhlükələr də var - İT MÜTƏXƏSSİSİ
“Starlink” şəbəkəsi ucqar kənd yerlərinə internetin təminatı üçün daha əlverişlidir - MÜTƏXƏSSİS
Süni intellektdən alınan tibbi məsləhətlər nə dərəcədə etibarlıdır?- Ekspert AÇIQLADI
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA










