Özü-özünə park edilən avtomobillər

Volkswagen, öz-özünü park edən avtomobillər üçün çıxış tarixi olaraq 2020-ci ili göstərir. VW, özünü park edən avtomobilləri sınamaq üçün Almaniyada Hamburq Aerodrom ilə tərəfdaşlığını açıqladı. Firma, burada təcrid edilmiş bir park qarajında sınaqlar keçirir və 2020-ci ilə qədər bütün VW Qrupu silsiləsinə, yəni Audi, Prorche, Lamborghini, Bentley və digərlərinə özünü park etmə texnologiyası qazandırmağı ümid edir. Volkswagen şirkətinin iddia etdiyinə görə, ortalama olaraq, Nyu-Yorkda yaşayanlar hər il avtomobillərini park etmək üçün 100 saat, ingilislər isə 44 saat sərf edirlər. VW Groupun CDO rəsmisi Yohann Yunqvirt bu barədə belə deyib: "İnsanlar bu anda sürmə müddətlərinin 30%-ni şəhərdə bir parklanma sahəsi axtararaq keçirirlər. Avtonom park, müştərilərimiz üçün rahat, stresssiz bir sürmə təcrübəsi yaratmağa əhəmiyyətli qatqı təmin edə bilər. Bu səbəblə, texnologiyanı mümkün olduğu qədər çox insana çatdırıla bilər hala gətirmək istəyirik". Qəzaları önləmək üçün, bu avtomobillər park qarajının insanlara bağlı və təcrid bir sahəsində işləyirlər və minlərlə park etmə manevrini sınaqdan keçirirlər.
Azərbaycan beynəlxalq poçt və elektron ticarət logistikasında hansı imkanlara malikdir? - EKSPERT
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO












