Özüyeriyən “ağıllı” arabalar təqdim olunacaq

Dubayda alıcıları özüyeriyən “ağıllı” arabalar müşayiət edəcək. Avtosfer.az Azərtac-a istinadən xəbər verir ki, Dubay bələdiyyəsinin anons etdiyi “ağıllı” arabalar Əmirliklərin “Al Aweer”də yerləşən ticarət komplekslərinin birində təqdim olunacaq. Avtonom arabalar “öz alıcısını” müəyyən edə və onun ardınca getməyi bacaracaq, həmçinin alıcının iştirakı olmadan ərzaqları sərbəst avtomobilə çatdıra biləcəklər. Dubay bələdiyyəsi, həmçinin satış yerlərində planşetlərlə bağlı layihənin anonsunu verib. Bu cihazların köməyi ilə bələdiyyə müfəttişləri meyvə və tərəvəzlərin vəziyyətini uzaq məsafədən öyrənə və bu məlumatı ölkənin limanlarından keçən ərzaq məhsullarının məlumatları ilə əlaqələndirə biləcəklər. Alıcılar, həmçinin planşetin köməyi ilə ərzaqların istehsal edildiyi ölkə, saxlanma müddəti və digər faydalı məlumatlara yiyələnəcəklər.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











