Pentaqon ABŞ-ın kosmik qüvvələrinin yaradılması xərclərini açıqlayıb

ABŞ prezidenti Donald Trampın iyunda elan etdiyi kosmik qüvvələrinin yaradılması Birləşmiş Ştatların büdcəsinə 5-10 milyard dollara başa gələcək. Avtosfer.az "Report"a istinadən xəbər verir ki, bu barədə ABŞ müdafiə nazirinin müavini Patrik Şanahan bildirib. Şanahanın fikrincə, Birləşmiş Ştatlar yeni qoşunlar üçün 10 milyard dollardan artıq xərcləyə bilməz. Məbləğin az olması çox yaxşı olardı. Sentyabrda ABŞ-ın hərbi hava qüvvələri naziri Hezer Uilson bildirib ki, Birləşmiş Ştatların mükəmməl kosmik qüvvələrinin yaradılması üçün 5 il ərzində təxminən 12,9 milyard dollar lazım olacaq. ABŞ prezidenti Donald Tramp iyunun 18-də kosmik qüvvələrin yaradılması haqqında sərəncam imzalayıb. Birləşmiş Ştatların vitse-prezidenti Maykl Pens bildirib ki, ABŞ hökuməti onun təşkilati əsasını 2020-ci ilədək formalaşdırmağı planlaşdırır.
Azərbaycan beynəlxalq poçt və elektron ticarət logistikasında hansı imkanlara malikdir? - EKSPERT
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO












