Polis bütün regionlarda dronlar tətbiq edir - Yollarda təhlükəsizliyin təmin edilməsində ...

Qazaxıstanın Daxili İşlər Nazirliyində polisin fəaliyyətinin səmərəliliyinin artırılmasına və vətəndaşların təhlükəsizliyinin təmin edilməsinə yönəlmiş rəqəmsal texnologiyaların sistemli tətbiqi davam edir. Avtosfer.az "Azərtac"a istinadən xəbər verir ki, bu istiqamətdə əsas alətlərdən biri bütün regionlarda fəal istifadəyə cəlb olunan pilotsuz uçuş aparatlarıdır.
PUA-lar yollarda təhlükəsizliyin təmin edilməsində yüksək effektiv vasitə kimi özünü doğruldub. Müasir kameralarla təchiz edilmiş bu qurğular real vaxt rejimində yol hərəkəti qaydalarının pozulmalarını qeydə almağa, magistral yollarda mürəkkəb sahələri nəzarətdə saxlamağa və məlumatları operativ şəkildə polis postlarına ötürməyə imkan verir. Uçuş məsafəsinin 20 kilometrə qədər olması yüklənmiş avtomagistrallar və çətin əlçatan ərazilər də daxil olmaqla, tam funksional hava patrulunun həyata keçirilməsinə şərait yaradır. Dronların köməyi ilə artıq 6 mindən çox yol hərəkəti qaydası pozuntusu aşkarlanıb. Hava nəzarətinin daimi olması qəza risklərinin azalmasına və potensial təhlükəli situasiyalara vaxtında reaksiya verilməsinə imkan yaradır.
Konsertlər, idman oyunları və bayram tədbirləri zamanı dronlar nəzarətin əvəzolunmaz elementi kimi çıxış edir. Yüksəkkeyfiyyətli kameralar insanların sıx toplaşdığı məkanları izləyir, şübhəli hərəkətləri vaxtında müəyyənləşdirməyə və patrul qruplarını potensial risk zonalarına operativ şəkildə yönləndirməyə şərait yaradır.
PUA-lar həmçinin hadisə yerlərinin müayinəsi, itmiş şəxslərin axtarışı, cinayət izlərinin sənədləşdirilməsi və kriminogen vəziyyətin monitorinqi zamanı da geniş tətbiq olunur.
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO
Azərbaycanda fantastik qiymətə yaxtalar satışa çıxarıldı - MƏBLƏĞLƏR
22.000 kilometrlik Avropa METROSU GƏLİR: Bu ölkələrdən keçəcək
Bəzi avtomobillər niyə gec işə düşür? – Sahil usta səbəbləri AÇIQLADI - VİDEO
İtaliyada qatarlar zəlzələləri qabaqcadan biləcək











