Polşa ABŞ-dan 32 ədəd F-35 aldı

Polşa ABŞ-dan 32 ədəd F-35 alıb. Avtosfer.az xəbər verir ki, artıq imza atma mərasimi Demblin şəhəri ərazisində yerləşən aviabazada keçirilib. Mərasimdə prezident Andrzej Duda, baş nazir Mateuş Moravecki və müdafiə naziri Mariuş Blaszczak iştirak etdiblər. Bu barədə “TASS” agentliyi məlumat verib.
Bildirilir ki, sazişin ümumi dəyəri 4,6 milyard dollar təşkil edir. Bu məbləğə yalnız təyyarələr yox, həmçinin pilotlar üçün təlim proqramı, elektron trenajorlar, ehtiyat hissələrin təchizatı daxildir. Polşaya ilk F-35-lərin 2026-cı ildə veriləcəyi gözlənilir.
Baş nazir Mateuş Moravecki qeyd edib ki, Polşa nəhayət Rusiya istehsalı olan Su-22 və MiQ-29 döyüş təyyarələrindən qurtulur, bu da o deməkdir ki, bu maşınlar üçün aksesuarlara da ehtiyac qalmayacaq.
Jurnalistlərin hesablamalarına görə, hər F-35 Polşa büdcəsinə 87 milyon dollara başa gələcək.
Qeyd edək ki, “Lockheed Martin” şirkəti öz qırıcılarını 2019-cu ildə 89 milyona satırdı. Ancaq 2020-ci ildə standart A modifikasiyasının qiymətini 82 milyon dollara qədər endirməyi planlaşdırır.
Namiq Musayev
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











