Porsche-nin yeni texnologiyası elektromobilləri 3 dəqiqəyə şarj edə bilir

Almaniyanın Phoenix Contact adlı şirkəti FastCharge layihəsinin nəticələrini açıqlamağa başlayıb. Bu layihə elektromobillərin şarj prosesini daha sürətli etmək üçün nəzərdə tutulub. FastCharge layihəsi hələ 2016-cı ilin iyul ayında start götürmüşdü. Daha sonra BMW, Porsche və Siemens kimi şirkətlər Phoenix Contact-ın texnologiyası əsasında sürətli şarj stansiyalarını yaratmaq qərarına gəldilər. İndi isə Porsche şirkəti bildirib ki, bu cür şarj stansiyası artıq istifadəyə verilib. 450 kilovatt gücə sahib şarj stansiyasının prototipi Almaniyada yerləşir.
Avtosfer.az technote.az-a istinadən bildirir ki, hal hazırki elektromobil modellərindən heç biri bu dərəcədə enerji gücünü qəbul edə biləcək vəziyyətdə deyil. Lakin Porsche-nin test avtomobili 400 kilovatt-dan yüksək şarj gücünü sərgiləyib. Bu isə 100 km yol qətt etmək üçün nəzərdə tutulmuş enerjinin 3 dəqiqəyə yığılmasına bərabərdir. Kommersiya məqsədli elektromobillərdən bu texnologiyanı ilk istifadə edəcək model isə Porsche Taycan olacaq. Lakin buna baxmayaraq şarj stansiyasında öz elektromobilini istənilən şəxs şarj edə biləcək. Şarj prosesi Avropa üçün standart olan Combined Charging System (CCS) Type 2 girişi vasitəsilə reallaşdırılır.
Mütəxəssislərin hesablamalarına görə FastCharge texnologiyası Avropada olan bütün sürətli şarj stansiyalarındakı texnologiyalardan daha sürətlidir və Tesla Supercharger-dən 4 dəfə daha güclüdür. Belə ki, Tesla Supercharger elektromobilə bir dəfəyə 120 kilovatt enerji verir. Qeyd etmək lazımdır ki, 2022-ci ilə kimi Porsche şirkəti elektromobillərə və onlarla bağlı texnologiyalara 7 milyard dollar investisiya yatırmağı planlaşdırır. 2019-cu ilin sonuna kimi isə şirkət ABŞ-da 500-ə yaxın sürətli enerji yığma stansiyalarını quraşdırmaq niyyətindədir. Onlar Tesla Supercharger-in alternativi olacaqlar.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











