Qadın mərhum qızı ilə virtual reallıqda görüşdü - VİDEO

Müasir kompüter texnologiyalarının köməyi ilə ölmüş adamı "diriltmək" mümkün olub. Avtosfer.az qaynarinfo-ya istinadən xəbər verir ki, Cənubi Koreyada ölmüş bir şəxsin virtual reallıqda canlandırılması üçün inanılmaz təcrübə aparılıb. Təcrübənin təşəbbüskarları VR texnologiyasından istifadə edərək koreyalı qadının üç il əvvəl vəfat etmiş qızı ilə görüşməsinə imkan yaradıb. Tərtibatçılar görüntünü və hətta qızın səsini inanılmaz dərəcədə və dəqiq şəkildə canlandıra bilməyə nail olub. Layihənin quraşdırılması və dublyajı təxminən səkkiz ay çəkib. Bu işin ərsəyə gəlməsinə qızın video və foto arxivinin xeyli köməyi dəyib. Mütəxəssislər onun davranışını, vərdişlərini və jestlərini diqqətlə araşdırıblar.
Ölən qızı ilə görüşmək üçün qadına virtual reallıq dəbilqəsi və toxunuşu hiss etməyə imkan verən əlcək geyindirilib. Qadının reaksiyalarını müşahidə edərkən (videoya baxın) bu illüziyanın nə qədər qarışıq hisslər doğurduğunu başa düşmək olur.
Beləcə, virtual aləmdə olan koreyalı qadın qızını görə bilib, onunla söhbətləşib, parkda gəzintiyə çıxıb, hətta ad gününü də qeyd edib.
Rusiya Ukrayna ilə müharibədə ABŞ-yə güvənməklə özünü tələyə salır – EKSPERT
“AzParking” mobil tətbiqində yenilik; funksionallıq artırıldı - AÇIQLAMA
Azərbaycan beynəlxalq poçt və elektron ticarət logistikasında hansı imkanlara malikdir? - EKSPERT
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı












