Qatarlar indi də göydə gedəcək - Dünyada ilk

İsrailin Netaniya şəhərində ölkədə ilk maqnitoplan - “hava qatarı” (Skytrain) qurulacaq. O, hava nəqliyyatı ilə rəqabət aparmaq iqtidarında olacaq. Avtosfer.az ICTnews-a istinadən xəbər verir ki, bunlar 2-3 nəfərlik sərnişin tutumuna malik kapsul formasında “marşrut taksiləri”dir və 25 metr hündürlükdə hərəkət edəcəklər. Sərnişinlər isə liftlər vasitəsilə giriş məntəqəsinə qaldırılacaq. Bildirilir ki, yolun 650 metr uzunluğunda ilk eksperimental hissəsi yaşayış mikrorayonlarından birini dəmir yolu vağzalı ilə birləşdirəcək. Monorelsli yol xüsusi gərginlikli şəhər şosesini iki hissəyə böləcək və sənaye zonası üzərindən keçəcək. Maqnitoplanı relslər üzərində elektromaqnit sahəsinin gücü saxlayacaq. Belə qatar ənənəvi qatarlardan fərqli olaraq hərəkət zamanı rels səthinə toxunmur və 300 km/saat sürətlə hərəkət edir. Layihələndirmə işləri artıq başa çatıb. Yolun ilk hissəsinin tikintisinə təxminən 6 milyon dollar tələb olunacaq.
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı
Bu elektrobus şarj tələb etmir - Dünyada ilk – FOTO
Robot itlər ictimai məkanlarda patrul xidməti aparır - FOTO
Bakıdan başladı, bütün ölkədə olacaq - Artıq gizlənmək ...
“Ağıllı ev”lərin riskləri: Rahatlıqla yanaşı, təhlükələr də var - İT MÜTƏXƏSSİSİ
“Starlink” şəbəkəsi ucqar kənd yerlərinə internetin təminatı üçün daha əlverişlidir - MÜTƏXƏSSİS
Süni intellektdən alınan tibbi məsləhətlər nə dərəcədə etibarlıdır?- Ekspert AÇIQLADI
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA










