Qatarlar üçün yeni sürət rekordu: saatda 590 kilometr!

Yaponiyanın Yamanasi prefekturasında maqnit yastıq üzərində hərəkət edən qatarlar (maqlev) üçün yeni sürət rekordu müəyyən edilib. JR Tokai dəmiryol kompaniyasının məlumatına görə, 18 kilometrlik poliqonda aparılan sınaqlar zamanı qatar saatda 590 kilometr sürət yığıb. Yeddi vaqondan ibarət qatarın sürəti 19 saniyə ərzində sabit qalıb. JR Tokai dəmiryol kompaniyasından hazırkı rekordun yapon maqlevinin imkanlarının maksimal həddi olmadığını və yaxın zamanlarda qatarın sürətini saatda 600 kilometrə çatdırmağı düşündüklərini bildiriblər.
Qeyd edək ki, əvvəlki rekord Yamanasi prefekturasının həmin test poliqonunda qeydə alınmışdı. 2003-cü ildə nail olunan sürət saatda 581 kilometr təşkil etmişdi.
Maqlevin yaradılması üzərində işlər hələ keçən əsrin 70-ci illərində başlasa da, Yaponiya hökuməti ilk kommersiya xəttinin çəkilməsinə yalnız 2011-ci ildə icazə vermişdi. Tikintisinə keçən il başlanılan dəmir yol xətlərinin 2027-ci ildə Tokio ilə Naqoya şəhərlərini birləşdirməsi planlaşdırılır. Plana əsasən şəhərlər arasındakı 286 kilometr yolu qatarlar 40 dəqiqə ərzində qət etməlidir. Hazırda “Sinkansen” sürət qatarları həmin məsafəni 1saat 18 dəqiqəyə gedir.
Fidan
Rusiya Ukrayna ilə müharibədə ABŞ-yə güvənməklə özünü tələyə salır – EKSPERT
“AzParking” mobil tətbiqində yenilik; funksionallıq artırıldı - AÇIQLAMA
Azərbaycan beynəlxalq poçt və elektron ticarət logistikasında hansı imkanlara malikdir? - EKSPERT
Azərbaycanda istehsal olunan kamikadze PUA ilk dəfə görüntüləndi - VİDEO
Süni intellektə görə 2 ölkə arasında münaqişə ola bilərdi
Telefonun ekranındakı yaşıl və narıncı nöqtələr nəyi bildirir?
iPhone 18 təqdim olundu – QİYMƏTLƏR
Azərbaycanda yaşıl enerji potensialı; hansı layihələrə başlanılıb? - AÇIQLAMA
“WhatsApp” istifadəçilərinin gözlədiyi funksiya gəldi
"WhatsApp"dan istifadəçilərə yeni sürpriz
Qəbul imtahanına görə “Telegram” bloklandı












