“Robot gepard” geriyə salto edir - VİDEO

Massaçusets Texnologiya İnstitutu (MIT) geriyə salto edən "Mini Cheetah" adlı dördayaqlı robotun iştirakını əks etdirən video dərc edib. Avtosfer.az "ICTnews"a istinadən yazır ki, məlumata görə, "robot gepard" geriyə salto edən ilk dördayaqlı robotdur. Çəkisi 9 kq təşkil edən robotun hərəkət diapazonu ona gimnastla mübarizə aparmağa imkan verir. "Mini Cheetah" əyilə və ayaqlarını geniş aça, nahamar yerlərdə insandan iki dəfə sürətli hərəkət edə bilir. Yıxılan zaman robot tez və müstəqil ayaq üstə qalxır. Onun ayaqüstü vəziyyətdə geriyə salto etmək bacarığı isə daha heyrətləndiricidir.
Tədqiqatçıların sözlərinə görə, "Mini Cheetah" dözümlü şəkildə layihələndirilib. Modul prinsipi üzrə yığılan robotun əl-ayaq və ya mühərrikinin sınması zamanı istənilən detalı çox asanlıqla yenisi ilə əvəzləmək mümkündür.
Təkmilləşdirilmiş "mini-gepard"ın mayda keçiriləcək robot texnikası və avtomatlaşdırma üzrə beynəlxalq konfransda nümayişi planlaşdırılır.
İlon Maskın insandan ağıllı robotları cəmiyyət üçün qorxuludur? – MÜTƏXƏSSİS RƏYİ
Robotik cərrahiyyə ilə əməliyyatlar xəstələr üçün hansı risklər yaradır? – Həkim AÇIQLADI
Velozolaqla parkinqin yanaşı olması təcrübəsi dünyada varmı? – NÜMUNƏ - FOTOSESSİYA
Sosial şəbəkədə 150-dən çox profili ələ keçirən haker saxlanıldı - VİDEO
Barselonadakı şəhər yolları Bakıda yaradıla bilərmi? – ARAŞDIRMA - FOTO
Batareyalar müasir texnologiyaların strateji əhəmiyyətli hissəsinə çevrilir
Niyə uçan avtomobillər və "jetpack"lər həyatımıza daxil ola bilmir?
Beş yüz milyardlıq dəmir yolu islahatına hazırlıq: Müddəti iki dəfə qısalacaq
İlk pilotsuz hava taksisi sınaqdan keçirilib - Maksimal sürəti 215 km/saata çatır
Sürücüləri sevindirəcək YENİLİK! Suni intellekt bu proqrama da gəlir
Vayfay quraşdırarkən nələrə diqqət etməliyik? - VİDEO











